18 dekabr 2018, 16:55

Sevda Sultanovadan, Qusar, Azərbaycan

Möhtərəm Prezidentimiz.

Mənim həyat yoldaşım ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə mərdliklə vuruşaraq həlak olub. Belə qəhrəman insanlarımızın şücaətlərinə dövlətimizin verdiyi qiymətə, onların xatirəsinin əbədiləşdirilməsi üçün görülən işlərə görə çox razıyam.

Eyni zamanda, ona görə çox razıyam ki, Siz biz şəhid ailələrinə daim qayğıkeş münasibət göstərirsiniz. Sizin tapşırığınızla bütün şəhid ailələrinin rahat yaşaması, çətinlik çəkməməsi üçün lazımi tədbirlər görülür. Təqaüd və pensiyalarımız artırılır, bizə hörmət və ehtiramla yanaşılır. Bu günlərdə isə Sizin tapşırığınızla digər şəhid hərbi qulluqçuların ailələri kimi, mən də 11 min manat məbləğində birdəfəlik ödəmə təmin olundum.

Siz çox xeyirxah qərar qəbul edərək şəhid ailələrinə belə böyük dəstək göstərirsiniz. Bu vəsait mənə, ailəmə böyük köməkdir. Verilən vəsaiti çox rahat şəkildə aldım. Müvafiq quruma müraciət etdim və qısa müddətdən sonra mənə xəbər verildi ki, artıq vəsait bank hesabımdadır. Mən buna görə çox sevindim. Qayğınıza görə Sizə təşəkkür edirəm.

Azərbaycanımızın inkişafı naminə fəaliyyətinizdə Tanrı Sizi qorusun.

Hörmətlə,

Sultanova Sevda Buxsay qızı.

Azərbaycan Respublikası, Qusar rayonu.