18 dekabr 2018, 14:05

Əsədulla Dadaşov və başqalarından, Bərdə, Azərbaycan

Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Sizi həyata keçirdiyiniz məqsədyönlü siyasət, imzaladığınız fərman və sərəncamlar respublika əhalisinin mənafeyinə, ölkə vətəndaşlarının həyat səviyyəsinin yaxşılaşdırılmasına xidmət edir. Eyni zamanda, Siz şəhid ailələrinə verilən Prezident təqaüdlərini mütəmadi olaraq artırırsınız. Sizin tapşırığınızla həm bizlərin, həm də Qarabağ müharibəsi əlillərinin mənzillə təminatı xeyli gücləndirilib. Həmçinin özünüməşğulluq proqramı çərçivəsində bir çox şəhid ailəsinə mal və materiallar verilərək, onlar üçün təsərrüfat da yaradılıb. Biz bütün bunlardan çox razıyıq.

Bununla bərabər, cari ilin aprel ayında imzaladığınız Fərmanla şəhid hərbi qulluqçuların vərəsələrinə 11 min manat birdəfəlik ödəmə verilir. Bəlkə də heç vaxt düşünməzdik ki, 1997-ci ilə qədərki dövrdə ölkəmizin müdafiəsi uğrunda döyüşlərdə şəhid olmuş igid vətən övladlarının vərəsələrinə uzun müddət ötdükdən sonra hansısa vəsait verilə bilər. Amma Siz həmişə sosial ədalətin tərəfində olmusunuz, sosial ədaləti təmin etmisiniz. Bunu bir daha təsdiq etdiniz. Eyni zamanda, bir daha təsdiq etdiniz ki, şəhid ailələrinin yaşayışı daim Sizin diqqətinizdədir. Birdəfəlik ödənişin verilməsi bizim həyat şəraitimizin yaxşılaşmasına olan qayğınızın daha bir nümunəsidir. Biz bunu çox yüksək qiymətləndiririk.

Cənab Prezident, bütün xalqımız kimi, şəhid ailələri də Sizin siyasətinizi dəstəkləyir, Sizə sonsuz inam və etimad göstərir. Sizə minnətdarıq, əziz Prezidentimiz! Çox sağ olun ki, bizlərə, şəhid ailələrinə böyük qayğı və dəstək göstərirsiniz. Tanrı Azərbaycanımızın firavanlığı üçün gördüyünüz bütün işlərdə Sizə yardımçı olsun.

Bərdə rayonunda yaşayan bir qrup şəhid ailəsi adından dərin hörmətlə,

Dadaşov Əsədulla Mahmud oğlu

Cahangirov Faiq Rüstəm oğlu

Behbudova Naibə Abuzər qızı

Nəcəfova Nuriyyə Balaca qızı

Qasımov Əli Əsgər oğlu

Məmmədov Füzuli Xanlar oğlu

Əzizova Filyar İldırım qızı

Hüseynova Kafiyyə Cəlil qızı

Yusifova Aybəniz Əsgər qızı

Adıgözəlova Nazeykə Mustafa qızı

Sevindikova Gülcamal Siyaf qızı

Gözəlov Pəsi Böyükkişi oğlu

Nəsirov Qürbət Cəfərqulu oğlu.

Azərbaycan Respublikası, Bərdə rayonu.