18 dekabr 2018, 11:50

Yavər Təhməzovdan, Sabirabad, Azərbaycan

Möhtərəm cənab Prezident.

Aran zonasında əsas məşğuliyyət sahəsinin kənd təsərrüfatı olduğundan həmişə suvarma suyuna böyük ehtiyac duyulub. Elə illər olub ki, su problemi üzündən yaxşı məhsuldarlıq əldə edə bilməmişik. Bu da öz növbəsində bəzi əkinçilərin əlini işdən soyudub, maddi vəziyyətinə mənfi təsir göstərib. Ancaq son illərdə suvarma suyu ilə təminatın yaxşılaşdırılması istiqamətində görülən işlər kənd zəhmətkeşlərini ümidləndirib. Kür çayından Sabirabad rayonunun kəndlərinə çəkilən yeni kanal bizi təsərrüfat işlərinə, əkib-becərməyə daha da həvəsləndirir.

Hörmətli cənab Prezident, bu suvarma kanalının çəkilməsinə görə Sabirabad rayonunun Moranlı və Sarxanbəyli kəndlərinin sakinləri adından Sizə minnətdarlığımızı bildirir, uzun ömür, möhkəm cansağlığı arzulayıram.

Hörmətlə,

Təhməzov Yavər Xəlil oğlu.

Azərbaycan Respublikası, Sabirabad rayonu.