17 dekabr 2018, 16:50

Həbib Allahverdiyev və başqalarından, Şamaxı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin yürütdüyünüz uğurlu sosial-iqtisadi siyasət Azərbaycanın böyük inkişaf yolu keçməsinə, ölkəmizin regionlarının, o cümlədən Şamaxı rayonunun ildən-ilə inkişaf etməsinə səbəb olub.

Eyni zamanda, apardığınız məqsədyönlü siyasət respublikamızda işsizliyin kəskin şəkildə azalmasına, aztəminatlı ailələrin həyat şəraitinin yaxşılaşdırılması üçün mühüm addımların atılmasına imkan verib. Sizin Sərəncamınızla bu sahədə icra olunan özünüməşğulluq proqramı çox böyük əhəmiyyət daşıyır. Şamaxı rayonunda da işsiz insanlar özləri üçün təsərrüfat yaratmaq məqsədilə bu proqrama cəlb ediliblər.

Cənab Prezident, biz - bir qrup Şamaxı sakini 2018-ci ildə özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatlarımızı yaratmışıq. Çoxumuz kənd sakini olduğumuzdan öz təsərrüfatımızı da məhz kənd təsərrüfatı sahələrində qurmuşuq. İnanırıq ki, bu imkandan səmərəli və düzgün faydalanaraq təsərrüfatlarımızı daim inkişaf etdirəcəyik.

Əziz Prezidentimiz, bizə daim qayğı ilə yanaşdığınıza və Azərbaycanda işsizlərin kiçik biznes sahibi olmalarına, aztəminatlı ailələrin sosial rifahında müsbət dönüş yaranmasına imkan verən özünüməşğulluq proqramının icrasına görə Sizə minnətdarlığımızı bildiririk. Çox sağ olun.

Hörmətlə,

Allahverdiyev Həbib Firudin oğlu

Cəfərov Elxan Ağamehdi oğlu

Cəbrayılov Tərlan Əmirxan oğlu

Səmədov Müşfiq Gəray oğlu

Səmədova Aysel Zöhrab qızı və başqaları (Cəmi: 80 nəfər).

Azərbaycan Respublikası, Şamaxı rayonu.