17 dekabr 2018, 16:25

Mehdi Əsədullayev və başqalarından, Ağcabədi, Azərbaycan

Çox hörmətli cənab Prezident.

Respublikamızda bütün sahələr üzrə dinamik inkişafın əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və bu gün bu proses Sizin tərəfinizdən uğurla davam etdirilir.

Laçın rayonundan məcburi köçkünlər olaraq biz göstərdiyiniz diqqət və qayğı sayəsində çox xoş və firavan həyat sürürük. 2011-ci il dekabrın 24-də bizim müvəqqəti məskunlaşdığımız Ağcabədi rayonunun Taxta Körpü ərazisindəki 552 ailəlik qəsəbənin açılışında iştirakınız, xüsusilə bu tarixi günün Sizin 50 illik yubileyinizə təsadüf etməsi, açılış mərasimindəki o möhtəşəm çıxışınız zamanı biz laçınlıları öz ailə üzvləriniz hesab etməyiniz hər bir laçınlının qəlbində silinməz izlər buraxıb.

Cənab Prezident, Sizin yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı tədbirlər haqqında 2018-ci il 5 mart tarixli Sərəncamınızda Laçın rayon sakinlərinin müvəqqəti məskunlaşdığı Ağcabədi rayonunun Taxta Körpü ərazisinin də öz əksini tapması biz köçkünlərin hədsiz sevincinə səbəb oldu. Bu gün çox sevindirici haldır ki, qəsəbəmizdə yaşayan 54 ailənin hər birinin evində “mavi yanacaq”dan istifadə olunur.

Cənab Prezident, biz məcburi köçkünlərə göstərdiyiniz davamlı diqqət və qayğıya görə qəsəbə sakinləri adından Sizə “Çox sağ olun!” deyir, dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk.

Ağcabədi rayonunun Taxta körpü ərazisində məskunlaşmış laçınlı məcburi köçkünlər adından dərin hörmətlə,

Əsədullayev Mehdi Məcnun oğlu

Həsənov Sovet Həsən oğlu

İsayev Şakir Şura oğlu

Süleymanova Yeganə Sabir qızı

Vəliyev Zülfüqar Nuruş oğlu

Alışanov Yəhya Məhi oğlu

Kərimov Eldar Rəhim oğlu

İbrahimov Şakir İbrahim oğlu

Mirzəyev Edilxan Əli oğlu

Abbasov İbiş Nəcəfqulu oğlu.

Azərbaycan Respublikası, Ağcabədi rayonu.