17 dekabr 2018, 11:50

Gülşən Məmmədəliyevadan, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident.

Azərbaycan xalqının rifahı naminə gördüyünüz işlərin sayı-hesabı yoxdur. Gəncə şəhərində də görülən işlər məhz Sizin qayğınızın nəticəsi kimi bu gün hamını çox sevindirir.

Cənab Prezident, yaşadığımız binaların dam örtüklərinin təzələnməsi, şəhər infrastrukturundakı dəyişikliklər, quruculuq və abadlıq işləri, küçələrin asfaltlanması bizim rahatlığımızı təmin edən əsas amillərdir. Bütün bunlara görə Sizə dərin minnətdarlığımı bildirirəm. Çox sağ olun.

Hörmətlə,

Məmmədəliyeva Gülşən Cəfər qızı.

Azərbaycan Respublikası, Gəncə şəhəri