15 dekabr 2018, 11:50

İsa Hacıyev və başqalarından, Beyləqan, Azərbaycan

Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Sizin tapşırığınız əsasında Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin mənzillə təminatı işləri ildən-ilə genişləndirilir. Bu, bizləri sevindirir və bir daha göstərir ki, Qarabağ müharibəsi əlillərinin rahat həyatının təmin edilməsi Prezidentimizin sosial siyasətinin əsas istiqamətlərindən biridir.

Bu günlərdə biz də fərdi yaşayış evləri ilə təmin olunduq. Bizə verilən yeni evlər həyatımıza rahatlıq gətirib. Burada yaradılmış şəraitdən də çox razıyıq.

Qarabağ müharibəsi əlillərinin, o cümlədən bizim sosial müdafiəmizin gücləndirilməsi istiqamətində aparılan işlərə, yeni fərdi yaşayış evləri ilə təmin olunmağımıza görə Sizə ürəkdən təşəkkür edirik.

Ölkəmizin inkişafı, dövlətimizin möhkəmlənməsi fəaliyyətinizdə Sizə daim yeni-yeni uğurlar arzulayırıq.

Çox sağ olun, Tanrı Sizi qorusun.

Hörmətlə,

Hacıyev İsa İbrahim oğlu

Zöhrabov Həsən Əli oğlu

Əliyev Mayıl Əfqan oğlu.

Azərbaycan Respublikası, Beyləqan rayonu.