14 dekabr 2018, 15:00

Elmira Muradovadan, Sumqayıt, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin 2018-ci il 19 aprel tarixli Fərmanınızla şəhid hərbi qulluqçuların vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmənin verilməsi çox humanist bir qərar olmaqla yanaşı, biz şəhid ailələrinə göstərdiyiniz qayğıların davamıdır. Şəhid ailəsi kimi bizə ünvanlanan vəsaiti artıq almışıq.

Belə bir xeyirxah addıma görə Sizə dərin minnətdarlığımızı bildiririk. Şəhidlərimizin uğrunda canlarından keçdikləri bu gözəl Vətənimizin daim inkişafı naminə fəaliyyətinizdə Sizə yeni-yeni nailiyyətlər, qələbələr arzu edirik.

Hörmətlə,

Muradova Elmira Ziyadxan qızı, şəhid anası.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.