14 dekabr 2018, 14:40

Məzahir Süleymanov və başqalarından, Tərtər, Azərbaycan

Möhtərəm cənab Prezident.

Cəbhə bölgəsi olduğuna görə rayonumuza müxtəlif ölkələrdən saysız-hesabsız qonaqlar, müşahidəçilər gəlirlər. Şəhərimizin gözəlliyi ilə yanaşı, burada yaşayan insanların yüksək əhval-ruhiyyəsi qonaqları valeh edir. Tikilən yeni sosial obyektlər, rahat yollar, salınan yaşıllıq zolaqları, bir sözlə, insan əli ilə yaradılan gözəlliklər göz oxşayır.

Rayonumuzda görülən işlər sadalamaqla bitməz. Bu gün Tərtər özünün təkrarsız gözəllikləri ilə müasir bir Avropa şəhərinə çevrilib. Hazırda Tərtər-Hindarx avtomobil yolu təmir olunur. Bu da həmin yoldan istifadə edən sakinlərin böyük sevincinə səbəb olub. İndi qonşu rayonlara və kəndlərə gediş-gəliş daha rahat olacaq.

Cənab Prezident, bizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarlığımızı bildiririk. Tərtərlilər Sizi dəstəkləyir, müstəqil Azərbaycanımızın inkişafı naminə fəaliyyətinizdə Sizə uğurlar arzulayırlar.

Qaynaq kəndinin sakinləri adından dərin hörmətlə,

Süleymanov Məzahir

Abdullayev Ramil

Süleymanova Vəsilə

Əliyev Şəmsəddin

Əhmədov Azay

Kərimov Əlizamin.

Azərbaycan Respublikası, Tərtər rayonu.