13 dekabr 2018, 14:20

Rafiq İbrahimov və başqalarından, Hacıqabul, Azərbaycan

Çox hörmətli cənab Prezident.

Kəndimizin sakinlərinin başlıca məşğuliyyəti maldarlıq və bitkiçilikdir. Son vaxtlar örüş sahələrinin getdikcə azalması şəxsi təsərrüfatların saxlanmasında çətinlik yaratmış, mal-qaranın sayının da azalmasına gətirib çıxarmışdı. Kəndimizin bir qrup sakini böyük ümidlə Sizə müraciət edərək, mövcud örüş sahələri ilə bağlı yaranmış çətinliyin aradan qaldırılmasına kömək göstərilməsini xahiş etdik. Həmişə olduğu kimi, bu dəfə də xahişimizə qayğı və diqqətlə yanaşıldı. Az müddət sonra problem aradan qaldırıldı. İndi kənd sakinləri heyvanlarını rahat saxlayır və təsərrüfatlarını inkişaf etdirirlər.

Möhtərəm cənab Prezident, biz kənd əməkçilərinə göstərdiyiniz yüksək qayğı və diqqətə görə bütün sakinlər adından Sizə dərin minnətdarlığımızı bildirir, qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Sizi təbrik edirik. Tanrı Sizi qorusun.

Çox hörmətlə,

İbrahimov Rafiq

Səmədov Ələddin

Məmmədov Həsrət.

Azərbaycan Respublikası, Hacıqabul rayonu, Kolanı kəndi.