11 dekabr 2018, 12:10

İlham Yolçuyev və başqalarından, Goranboy, Azərbaycan

Möhtərəm cənab Prezident.

Bu gün Sizin rəhbərliyinizlə Azərbaycan öz dinamik inkişafı ilə inkişaf etmiş ölkələr sırasına yüksəlib. Bölgələrimiz gündən-günə abadlaşır, genişmiqyaslı tikinti-quruculuq işləri görülür. Biz Goranlı kəndinin sakinləri bu inkişafdan qürur duyuruq.

Son illər respublikamızın regionlarında həyata keçirilən infrastruktur layihələri sırasında yaşayış məntəqələrinin qazlaşdırılması əhali tərəfindən böyük minnətdarlıq hissi ilə qarşılanır. Artıq Goranlı kəndinə də təbii qaz xətti çəkilib və sakinlərin bu sahədəki problemləri arxada qalıb.

Cənab Prezident, bu diqqət və qayğıya görə kənd sakinlərinin minnətdarlıq hisslərini Sizə çatdırmaq istəyirik. Bu qayğıya cavab olaraq biz sakinlər də ölkə iqtisadiyyatının inkişafına töhfəmizi vermək üçün əzmlə çalışacağıq.

Kənd sakinləri adından dərin hörmət və ehtiramla,

Yolçuyev İlham Zakir oğlu,

Əhmədov Azad Pirməmməd oğlu,

Rəhimov Rəhim Abdı oğlu.

Azərbaycan Respublikası, Goranboy rayonu, Goranlı kəndi.