10 dekabr 2018, 11:30

Nigar Mahmudovadan, Salyan, Azərbaycan

Hörmətli cənab Prezident.

Mən Sizin tapşırığına əsasən həyata keçirilən “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil edilən maarifləndirici tur-aksiyanın iştirakçısı oldum. Həqiqətən də bu gün özümü ən xoşbəxt gənclərdən biri hiss edirəm ki, tur-aksiyada iştirak etmək mənə də qismət oldu. Mən bu səyahət çərçivəsində özümə yeni dostlar tapdım və yeni biliklər əldə etdim.

Cənab Prezident, artıq mən televiziyadan hər zaman maraqla izlədiyim tur-aksiyanın iştirakçılarından biriyəm. Çox vaxt kitablarda şəkillərinə baxdığım Göygölü, Gəncəni, Şəmkiri artıq əyani şəkildə gördüm. Bununla yanaşı, bir sıra tarixi abidələrimizlə də yaxından tanış olduq.

“Ölkəmizi tanıyaq” tur-aksiyası Sizin gənc nəslə göstərdiyiniz diqqət və qayğınızın daha bir nümunəsidir. Bizim üçün belə gözəl şərait yaratdığınıza görə Sizə minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Mahmudova Nigar Əlizamin qızı.

Azərbaycan Respublikası, Salyan rayonu.