10 dekabr 2018, 11:00

Vilayət Sarıyev və başqalarından, Goranboy, Azərbaycan

Möhtərəm cənab Prezidentimiz.

Sizin Azərbaycana rəhbərliyiniz dövründə ölkəmiz sürətlə inkişaf edib, əhalinin sosial problemlərinin həlli istiqamətində çox mühüm addımlar atılıb. Yəhərçi Qazaxlar kəndinin sakinləri də bu inkişafı öz gündəlik həyatlarında hiss edirlər.

Sizin tapşırığınızla respublikamızın bütün bölgələrində yaşayış məntəqələrinin qazlaşdırılması prosesi sürətlə həyata keçirilir. Artıq Yəhərçi Qazaxlar kəndində də qazlaşdırma işləri başa çatdırılıb və kəndə təbii qaz verilib. Belə layihələrin reallaşdırılması ölkəmizin iqtisadi gücünün göstəricisidir.

Yeni il ərəfəsində bizə bəxş etdiyiniz bu sevincə görə bütün kənd sakinləri adından Sizə dərin ehtiramımızı və hörmətimizi bildiririk.

Dərin hörmət və ehtiramla,

Sarıyev Vilayət Müseyib oğlu

Rzayev Rafiq Mahir oğlu

Həmzəyev Mirbaba Həmzə oğlu.

Azərbaycan Respublikası, Goranboy rayonu, Yəhərçi Qazaxlar kəndi.