10 dekabr 2018, 11:20

Sədaqət Bağışovdan, Lerik, Azərbaycan

Hörmətli cənab Prezident.

Bu ilin oktyabrında Lerikə səfəriniz rayonumuz üçün mühüm əhəmiyyət kəsb edən sosial obyektlərin və infrastruktur obyektlərinin, avtomobil yolunun açılışı ilə yadda qaldı. Onların arasında körpələr evi – uşaq bağçasının istifadəyə verilməsini xüsusi qeyd etmək istəyirəm. Bu məktəbəqədər təhsil müəssisəsi rayonumuzda uşaqların təlim-tərbiyəsinə xidmət etməklə yanaşı, həm də yeni iş yerlərinin yaranmasına töhfə verib. Mənim qızım da həmin bağçada işlə təmin olunub.

Möhtərəm cənab Prezident, qızımın işlə təmin olunmasına görə şəxsən öz adımdan və ailəmiz adından Sizə dərin minnətdarlığımızı bildirirəm. Ömrünüz uzun olsun.

Hörmətlə,

Bağışov Sədaqət, şəhid atası.

Azərbaycan Respublikası, Lerik rayonu.