08 dekabr 2018, 17:00

Səfi Aslanovdan, Tovuz, Azərbaycan

Əziz Prezidentimiz.

Sizin tapşırığınız əsasında Azərbaycanda həyata keçirilən özünüməşğulluq proqramından çox razıyam. Bu proqram çərçivəsində çox faydalı işlər görülür. Dövlətimizin vəsaiti hesabına insanlar üçün ailə təsərrüfatları yaradılır ki, işləyib qazanc əldə etsinlər, sahibkara çevrilsinlər, gəlirlərini getdikcə artırsınlar. İndi işsiz insanlar üçün yaxşı imkan yaranıb.

Mən də özünüməşğulluq proqramına cəlb olunmuşam. Mənə verilən mal-qara əsasında artıq öz ailə təsərrüfatımı yaratmışam.

Cənab Prezident, buna görə Sizə dərin minnətdarlığımı bildirir, ölkəmizin inkişafı naminə yürütdüyünüz siyasətinizdə yeni-yeni uğurlar arzulayıram.


Hörmətlə,

Aslanov Səfi İslam oğlu,

Qarabağ müharibəsi veteranı.

Azərbaycan Respublikası, Tovuz rayonu, Çatax kəndi.