08 dekabr 2018, 16:00

Ə.Məmmədov və başqalarından, Goranboy, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin Sərəncamınıza əsasən ölkəmizdə özünüməşğulluq proqramı həyata keçirilir. Neçə-neçə aztəminatlı ailə bu proqramdan bəhrələnərək, dövlət tərəfindən pulsuz verilən mal və materiallardan istifadə edərək öz təsərrüfatlarını yaradır. Bu da insanların həyatına müsbət təsir göstərir, onları zəhmətə, işləyərək yaxşı gəlir əldə etməyə, yeni yaratdıqları təsərrüfatları genişləndirərək gələcəkdə sahibkara çevrilməyə həvəsləndirir.

Bizim Goranboy rayonunda da özünüməşğulluq proqramı uğurla icra olunur. Çox yaxşı haldır ki, əlilliyi olanlara, aztəminatlı, çoxuşaqlı ailələrə, şəhid ailələrinin üzvlərinə və məcburi köçkünlərə proqramda iştirak etmək üçün geniş şərait yaradılıb.

Bu il proqram çərçivəsində rayonumuzda 100-dən çox ailəyə mal və materiallar verilib. Biz də həmin ailələrin sırasındayıq. Çox sevinirik ki, özünüməşğulluq proqramı sayəsində öz təsərrüfatımızı qurmuşuq. Çox şadıq ki, kim öz ailə təsərrüfatını hansı sahədə qurmaq istəyirsə, həmin sahə üzrə də lazımi materiallarla təmin olunur. Bizim də üzərimizə düşən əsas vəzifə ondan ibarətdir ki, bu təsərrüfatları genişləndirək, gəlirlərimizi artıraq, rifahımızı getdikcə daha da yaxşılaşdıraq.

Cənab Prezident, qeyd etdiyiniz kimi, Sizin siyasətinizin əsas məqsədi odur ki, Azərbaycan vətəndaşlarının rifah halı getdikcə yaxşılaşsın.

Bizə göstərdiyiniz qayğıya və dəstəyə görə Sizə minnətdarlığımızı bildiririk. Qoy, Sizin siyasətinizin işığında ölkəmiz yeni-yeni zirvələrə çatsın, xalqımızın rifahı daim yüksəlsin.

Hörmətlə,

Məmmədov Əliyəddin Yusif oğlu

Kazımov Elsevər Surəddin oğlu

Babayev Nazim Rüfət oğlu

Aslanov Qələndər Məhəmmədəli oğlu

Dəmirov Ariz Qnyaz oğlu və başqaları (cəmi: 109 nəfər).

Azərbaycan Respublikası, Goranboy rayonu.