07 dekabr 2018, 17:20

Qafur Hüseynovdan, Cəlilabad, Azərbaycan

Hörmətli cənab Prezident.

İşinizin çoxluğuna baxmayaraq, ölkə vətəndaşlarını narahat edən məsələlərin həllinə vaxt ayırdığınıza görə Sizə çox minnətdarıq. Siz insanlara daim qayğı göstərir, onların problemlərinin yoluna qoyulması üçün məmurlara lazımi tapşırıqlar verirsiniz. Mən bunu şəxsən öz timsalımda da aydın görürəm. Sizə ünvanladığım müraciətə dərhal baxıldı və problemlərimin həllinə kömək göstərildi.

Vətəndaşlara göstərilən bu qayğını Sizin bizə böyük etimadınız hesab edirik. Biz də öz növbəmizdə bu etimadı doğrultmağı, Sizin ölkəmiz üçün gördüyünüz işlərə öz fəaliyyətimizdə töhfə verməyi, millətimizin parlaq gələcəyi üçün yürütdüyünüz müdrik siyasətinizi var gücümüzlə dəstəkləməyi özümüzə borc bilirik.

Hörmətli cənab Prezident, ümummilli liderimiz Heydər Əliyevin siyasətini uğurla davam etdirdiyinizə görə çox sağ olun. Bu yolda Sizə yeni-yeni nailiyyətlər arzu edirik. Allah Sizi qorusun.

Hörmətlə,

Hüseynov Qafur Həbib oğlu.

Azərbaycan Respublikası, Cəlilabad rayonu, Sabirabad kəndi.