07 dekabr 2018, 12:20

Fatimə Hüseynovadan, Salyan, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin təşəbbüsünüzlə “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiya çərçivəsində biz Gəncə şəhərinə, Göygöl və Şəmkir rayonlarına səfər etdik. Tur-aksiya çərçivəsində bu şəhər və rayonların necə inkişaf etdiyinin şahidi olmaqla bərabər, bölgənin qədim tarixi abidələrini ziyarət etdik, görməli yerlərini gəzdik. Biz burada turizm sektorunun inkişafının da şahidi olduq.

Bu xeyirxah təşəbbüsünüzə, biz məktəblilərə olan diqqət və qayğınıza, ölkəmizdə və beynəlxalq miqyasda apardığınız məqsədyönlü fəaliyyətinizə görə şəxsən öz adımdan, valideynlərimin və müəllimlərimin adından Sizə təşəkkürümüzü bildirir, gələcək işlərinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Hüseynova Fatimə Şahlar qızı.

Azərbaycan Respublikası, Salyan rayonu, Qızılağac kəndi.