06 dekabr 2018, 11:20

Zəminə Həsənovadan, Ağstafa, Azərbaycan

Möhtərəm cənab Prezidentimiz.

Sizin təşəbbüsünüzlə həyata keçirilən “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində rayon şagirdlərindən bir qrupunun ölkəmizin cənub bölgəsinə üçgünlük səfəri gənclərə, tariximizə və milli-mənəvi dəyərlərə göstərdiyiniz diqqət və qayğının nəticəsidir.

Övladımın da bu ekskursiyada iştirak etməsi məni ikiqat sevindirdi. Onlar səfər çərçivəsində Lənkəran, Masallı və Astara rayonlarının görməli yerləri ilə yaxından tanış olublar.

Cənab Prezident, bütün bunlar həm də Sizin uşaqlara göstərdiyiniz qayğının bariz nümunəsidir. Bu layihə ona görə həyata keçirilir ki, balalarımız ölkəmizin tarixi irsini, mədəniyyətini, adət-ənənələrini dərindən bilsinlər və göz bəbəkləri kimi qorusunlar. Valideynlər adından Sizə dərin təşəkkürümüzü bildiririk.

Hörmətlə,

Həsənova Zəminə.

Azərbaycan Respublikası, Ağstafa şəhəri.