Ələddin Zeynalovdan, Naftalan, Azərbaycan
06 dekabr 2018, 09:20
Möhtərəm Prezidentimiz.
Azərbaycan torpaqlarının müdafiəsi uğrunda canını fəda etmiş Vətən övladlarının vərəsələrinə birdəfəlik ödənişlərin verilməsini çox böyük razılıq hissi ilə qarşıladıq. Bu, Sizin bizlərə daha bir qayğınız, daha bir böyük köməyinizdir. Dünyanın heç bir ölkəsində şəhid ailələrinə Azərbaycanda olduğu qədər yüksək diqqət və qayğı göstərilmir. Məhz Sizin sosial siyasətinizin nəticəsidir ki, bu gün ölkəmizdə şəhid ailələrinin yaşayış səviyyəsinin yaxşılaşmasına hərtərəfli dəstək verilir.
Cənab Prezident, birdəfəlik ödəniş alan ailələrdən biri də bizim ailədir. Bir şəhid atası olaraq buna görə Sizə dərin minnətdarlığımı bildirirəm. Çox sağ olun.
Hörmətlə,
Zeynalov Ələddin Məhəmməd oğlu.
Azərbaycan Respublikası, Naftalan şəhəri.