05 dekabr 2018, 15:15

Teymur Əsgərovdan, Tərtər, Azərbaycan

Əziz Prezidentimiz.

Bütün şəhid ailələri kimi, bizim də ailəmiz Sizin böyük diqqət və qayğınızla əhatə olunub. Biz aylıq təqaüddən faydalanır, eyni zamanda, şəhid ailəsi olduğumuz üçün bizə əlavə vəsait verilir. Həmçinin əmək pensiyası almayan şəhid ailələrinin üzvlərinə kommunal, nəqliyyat xərcləri və digər xərclər üçün aylıq müavinət ödənilir. Şəhid ailələrindəki uşaqlar da aylıq sosial müavinətlə təmin olunublar. Hər il xeyli sayda şəhid ailəsinə mənzillər hədiyyə edilir. Əlbəttə, bütün bunlar Sizin biz şəhid ailələrinə böyük qayğınızı nümayiş etdirir.

Bu ilin aprelində imzaladığınız Fərman isə bir daha göstərdi ki, Siz həmişə şəhid ailələrini düşünürsünüz və onların sosial müdafiəsi daim Sizin diqqətinizdədir. Həmin Fərmana əsasən bizim də ailəmizə 11 min manatlıq birdəfəlik ödəmə edildi. Bu, bizi çox sevindirdi, çünki bu vəsait yaşayışımıza böyük köməkdir. Digər şəhid ailələri də buna görə çox sevinirlər.

Mən bir şəhid atası olaraq göstərdiyiniz bu böyük dəstəyə, humanizmə görə Sizə təşəkkür edirəm.

Allah Sizdən razı olsun.

Əsgərov Teymur Xəlil oğlu

Azərbaycan Respublikası, Tərtər rayonu.