Rəna Rəhimova və Leyla Qasımovadan, Salyan, Azərbaycan
05 dekabr 2018, 12:40
Hörmətli cənab Prezident.
Siz ölkəmizdə təhsilin inkişafına böyük diqqət və qayğı göstərirsiniz. Biz bunu Sizin təşəbbüsünüzlə keçirilən “Ölkəmizi tanıyaq” tur-aksiyalarının timsalında da görürük. Bu yaxınlarda biz Azərbaycanın dilbər guşələri olan Nizami yurdu Gəncəni, Şəmkir rayonunu və gözəllər gözəli Göygölü yaxından gördük, bu bölgənin tarixi abidələri ilə tanış olduq.
Qədim dövlətçilik ənənələrinə malik olan, gündən-günə inkişaf edən, qüdrətlənən, müstəqil, suveren, multikultural, tolerant Azərbaycanın memarı və qurucusu olan ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirdiyinizə görə Sizə minnətdarıq.
Bizim üçün parlaq gələcək quran cənab Prezidentimiz İlham Əliyev, əmin olun ki, biz Sizi çox sevirik. Sizə uzun ömür, möhkəm cansağlığı arzulayırıq.
Hörmətlə,
Rəhimova Rəna Vahid qızı
Qasımova Leyla Mehman qızı, X sinif şagirdləri.
Azərbaycan Respublikası, Salyan rayonu, Kərimbəyli kəndi.