04 dekabr 2018, 11:11

Nəriman İsmayılov və başqalarından, Mingəçevir, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin ölkəmizə rəhbərliyiniz dövründə Mingəçevir şəhəri öz əvvəlki görkəmini saxlamaqla daha da gözəlləşib və abadlaşıb. Bu gün bunu şəhərimizə gələn hər bir qonaq, hər bir turist də etiraf edir.

Sakinlərinin sosial rifahının yaxşılaşdırılması məqsədilə Mingəçevirdə abadlıq-quruculuq işlərinin davam etdirilməsi, yeni infrastruktur layihələrinin həyata keçirilməsi, o cümlədən şəhərimizdə qaz, işıq, içməli su və kanalizasiya sistemləri şəbəkəsinin əsaslı şəkildə yenidən qurulması ölkəmizin sürətli və hərtərəfli inkişafından xəbər verir.

Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər haqqında imzaladığımız Sərəncamda adı çəkilən 27 şəhər və rayondan biri də Mingəçevirdir.

Cənab Prezident, Mingəçevir şəhərinə və mingəçevirlilərə göstərdiyimiz yüksək diqqət və qayğıya görə şəhər əhalisi adından Sizə dərin minnətdarlığımızı bildiririk.

Qoy, Uca Tanrı günbəgün qüdrətlənən müstəqil Azərbaycanımızı, xalqımızı və Sizi qorusun!

Hörmətə,

İsmayılov Nəriman

Mənsimov Firdovsi

İsmayılova Gülsurə

Novruzalov Xanəli

Məmmədov Ələddin və başqaları (Cəmi : 10 nəfər).

Azərbaycan Respublikası, Mingəçevir şəhəri