Vaqif Əliyev və başqalarından, Şəmkir, Azərbaycan
04 dekabr 2018, 10:00
Möhtərəm cənab Prezident.
Vaxtilə ulu öndərimiz Heydər Əliyev “Təhsil millətin gələcəyidir” demişdir. Siz bu müdrik sözlərə uyğun olaraq söylədiniz ki, uşaqlar yaxşı məktəblərdə oxumalı, müəllimlər də yaxşı məktəblərdə işləməlidirlər. Siz söylədiyiniz sözləri əməli işinizlə doğruldur, təhsil sahəsinə daim qayğı göstərir, yüksək diqqət yetirirsiniz.
Bir neçə gün əvvəl Şəmkir rayonunun Kür qəsəbəsində əsaslı təmir olunan 1176 yerlik tam orta məktəb binası öz qapılarını şagirdlərimizin üzünə açdı. Bu, bizi çox sevindirdi.
Cənab Prezident, övladlarımızın daha yaxşı təhsil almaları üçün yaratdığınız şəraitə görə Kür qəsəbəsinin ağsaqqalları, ziyalıları və şagird valideynləri adından Sizə minnətdarlığımızı bildirir, uzun ömür, möhkəm cansağlığı, Azərbaycanımızın gözəl sabahı naminə ali dövləti fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayırıq.
Hörmətlə,
Əliyev Vaqif Maarif oğlu
Məmmədov Nazim Məhər oğlu
İbrahimova Reyhan Bəşir qızı
Bağırova Yaqut Şıxəli qızı
İsmailova Atlas Məmməd qızı və başqaları (cəmi: 50 nəfər).
Azərbaycan Respublikası, Şəmkir rayonu, Kür qəsəbəsi.