Murad Əzizov və Lalə Səlimzadədən, Salyan, Azərbaycan
Text size
03 dekabr 2018, 12:50
Hörmətli cənab Prezident.
Sizin təşəbbüsünüzlə həyata keçirilən “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində biz noyabrın 18-dən 21-dək Gəncə şəhərində, Göygöl və Şəmkir rayonlarında ekskursiyada olduq. Səfər zamanı biz bu bölgənin tarixi yerlərini öz gözlərimizlə gördük və bir daha əmin olduq ki, ölkəmiz zəngin tarixə malikdir.
Cənab Prezidentimiz, biz səfərdən çox zəngin təəssüratlarla qayıtdıq. Bizim üçün yaratdığınız gözəl şəraitə görə Sizə minnətdarlığımızı bildiririk.
Hörmətlə,
Əzizov Murad Ramil oğlu
Səlimzadə Lalə Rövşən qızı.
Azərbaycan Respublikası, Salyan rayonu, Yenikənd kəndi.