Xalid Rüstəmovdan, Salyan, Azərbaycan
03 dekabr 2018, 12:40
Möhtərəm cənab Prezident.
Artıq bir neçə ildir ki, Sizin tapşırığına əsasən respublikamızın şəhər və rayonlarının məktəbliləri üçün “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyada mən də iştirak etdim. Tur-aksiya çərçivəsində biz Gəncə şəhərinə, Göygöl və Şəmkir rayonlarına səfər etdik. Səyahətimiz zamanı biz bu bölgələrin tarixi abidələri, mədəniyyəti, mətbəxi ilə yaxından tanış olduq.
Məktəblilərin dünyagörüşünün artması, vətənpərvərlik hissinin və intellektual səviyyəsinin daha da yüksəlməsi baxımından belə bir layihənin reallaşdırılmasının böyük əhəmiyyətə malik olduğunu düşünür və bu layihədə iştirakıma görə özümü çox şanslı hesab edirəm. Bizim üçün bu imkanı yaratdığınıza görə Sizə təşəkkürümü bildirirəm.
Hörmətlə,
Rüstəmov Xalid Xəlil oğlu.
Azərbaycan Respublikası, Salyan rayonu.