Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyaya dəyişikliklərə dair protokolların təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Text size
13 noyabr 2018, 18:07
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
2016-cı il oktyabrın 6-da Monreal şəhərində imzalanmış “Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyanın 50 a) maddəsində dəyişikliyə dair Protokol” və “Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyanın 56-cı maddəsində dəyişikliyə dair Protokol” təsdiq edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 oktyabr 2018-ci il.