13 noyabr 2018, 12:15

Sevinc Əkbərovadan, Yevlax, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin göstərişlərinizə uyğun olaraq Ağdam rayonunda aparılan abadlıq-quruculuq işləri bizi sevindirir. Bu yaxınlarda açılışlarını etdiyiniz Muğam Mərkəzi, atçılıq təsərrüfatı musiqimizə, tarixi keçmişimizə verdiyiniz yüksək qiymətdir. Ağdama səfərinizdən sonra abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün yenidən vəsait ayırmağınız bizi dövlətimizə və Prezidentimizə daha yaxşı xidmət etməyə ruhlandırır.

Cənab Prezident, bütün bunlara görə Ağdam rayon 23 saylı köçkün tam orta məktəbinin kollektivi adından Sizə və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevaya dərin minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Əkbərova Sevinc,

Ağdam rayon 23 saylı köçkün tam orta məktəbinin direktoru.

Azərbaycan Respublikası, Yevlax şəhəri, Yeni köçkün məhəlləsi.