10 noyabr 2018, 11:40

Xosrov İsmayılovdan, Ağdam, Azərbaycan

Hörmətli cənab Prezident.

İlk dəfə respublikamızın Prezidenti seçildiyiniz gündən bəri Ağdama çoxsaylı səfərləriniz, hər səfərinizdə yeni abadlıq-quruculuq işlərinin aparılması ilə bağlı göstəriş verməyiniz, ən əsası ağdamlılara isti münasibətiniz bizi qurub-yaratmağa daha da həvəsləndirir. Ağdamda yeni yolların inşası, ilk növbədə, rahatlığımıza, Muğam Evinin istifadəyə verilməsi mənəvi ruhumuza, Xalça Fabrikinin tikintisi unudulmaqda olan xalçaçılıq sənətimizə, Qarabağ Atçılıq Kompleksinin açılışı keçmişimizə olan diqqət və qayğınızın bariz nümunəsidir.

Bizə olan isti münasibətinizə, Ağdama və ağdamlılara göstərdiyiniz böyük qayğıya görə Sizə “Çox sağ olun!” deyir, Ulu Tanrıdan uzun ömür diləyirik.

Hörmətlə,

İsmayılov Xosrov.

Azərbaycan Respublikası, Ağdam rayonu.