10 noyabr 2018, 11:30

Xəlil Əliyevdən, Oğuz, Azərbaycan

Hörmətli cənab Prezident.

Azərbaycanın ən ucqar dağ kəndlərindən biri olan Muxasda Sizin sərəncamlarınız, regionların sosial-iqtisadi inkişafı dövlət proqramları əsasında çox böyük işlər görülüb. Buna görə kəndimizin əhalisi, xüsusilə də ağsaqqalları adından Sizə minnətdarlığımı bildirir, təşəkkür edirəm.

Son aylarını yaşadığımız 2018-ci ildə kəndimizdə görülən işlər xüsusilə təqdirəlayiqdir. Kəndimizin daxili yollarının və kəndə gələn əsas avtomobil yollarının asfaltlaşdırılması, sakinlərin qazla təmin olunması və burada tibb məntəqəsinin istifadəyə verilməsi bizi çox sevindirir.

Əziz Prezidentimiz, bütün bunlara görə Sizə və ailənizə möhkəm cansağlığı, işlərinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Əliyev Xəlil İbadulla oğlu.

Azərbaycan Respublikası, Oğuz rayonu, Muxas kəndi.