10 noyabr 2018, 11:00

Natiq Cavadovdan, Ağdam, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin rəhbərliyinizlə Azərbaycan sosial-iqtisadi sahədə dinamik inkişaf edir. Sizin tapşırığınızla tikintisinə başlanmış Qarabağ Atçılıq Kompleksinin noyabr ayının 5-də istifadəyə verilməsi ölkəmizdə atçılığın inkişafında mühüm mərhələdir.

Zati-aliləri, rayonumuzun inkişafı üçün atdığınız hər bir addıma görə mən həm şəxsən öz adımdan, həm də kollektivimizin çoxsaylı üzvləri adından Sizə dərin təşəkkürümüzü bildirirəm. Əminik ki, ölkəmiz Sizin rəhbərliyinizlə daha böyük uğurlara imza atacaqdır.

Allah Sizi və ailənizi qorusun.

Hörmətlə,

Cavadov Natiq.

Azərbaycan Respublikası, Ağdam rayonu.