09 noyabr 2018, 12:00

Pərviz Salmanovdan, Ağdam, Azərbaycan

Hörmətli cənab Prezident.

Ölkəmizin gündən-günə inkişaf etməsi, iqtisadiyyatın şaxələndirilməsi, elm, mədəniyyət, səhiyyə, təhsil infrastrukturunun yaxşılaşdırılması Sizin gərgin əməyinizin nəticələridir. Ölkəmizin bölgələrinə, xüsusilə Ağdama göstərdiyiniz diqqət və qayğı tərəfimizdən böyük rəğbətlə qarşılanır. Cəbhə bölgəsində yerləşən rayonumuza səfəriniz, çətin şəraitdə - düşmənlə üz-üzə yaşayan əhaliyə yüksək diqqət və qayğınız xüsusilə təqdirəlayiqdir. Bunlar bizi qurub-yaratmağa sövq edən, gələcəyə böyük ümid və inam yaradan əsas amillərdir.

Respublikamızda kənd yollarının tikintisinə göstərdiyiniz qayğıya görə Sizə və Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin təşəkkürümüzü bildiririk. Ölkəmizin daha da inkişafı, xalqımızın rifahının yüksəlməsi naminə çətin və şərəfli fəaliyyətinizdə Sizə uğurlar arzulayırıq.

Hörmətlə,

Salmanov Pərviz.

Azərbaycan Respublikası, Ağdam rayonu.