08 noyabr 2018, 15:20

Şirəli Orucəliyevdən, Xaçmaz, Azərbaycan

Hörmətli cənab Prezident.

Bu məktubu Sizə yazmaqla dövlətimizin inkişafı naminə apardığınız məqsədyönlü siyasətinizin uğurlarından yaranan iftixar hissimi ifadə etmək istəyirəm. Ölkəmizin əldə etdiyi uğurlar biz vətəndaşları ürəkdən sevindirir.

Mən orta təhsilli kənd sakiniyəm. Dövlətimizin mənə verdiyi pay torpağımda çalışıram. Ölkəmizdə yaradılmış əmin-amanlıq və sabitlik, kənd zəhmətkeşlərinə göstərilən dövlət qayğısı sayəsində 3 övlad böyüdüb boya-başa çatdırmışam, bir valideyn kimi onlara ali təhsil və orta ixtisas təhsili almaqda kömək etmişəm.

Hörmətli cənab Prezident, qeyd etməyi özümə borc bilirəm ki, yaradılan bu imkanlar, görülmüş işlər ulu öndərimiz Heydər Əliyevin məqsədyönlü siyasətinin və onun layiqli davamçısı kimi Sizin uğurlu və məqsədyönlü fəaliyyətinizin nəticələridir.

Şəxsən öz adımdan və ailəm adından Sizə və ailə üzvlərinizə möhkəm cansağlığı, işlərinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Orucəliyev Şirəli Hacəli oğlu.

Azərbaycan Respublikası, Xaçmaz rayonu, Mürşüdoba kəndi.