07 noyabr 2018, 17:05

İlkin Şıxməmmədovdan, Ağdaş, Azərbaycan

Hörmətli cənab Prezident.

Müasir Azərbaycan Respublikasının qurucusu və memarı olan ulu öndər Heydər Əliyevin layiqli davamçısı kimi Sizin son 15 ildə yürütdüyünüz uğurlu daxili və xarici siyasəti bir Azərbaycan gənci kimi fəxrlə dəstəkləyir və bundan qürur duyuram. Sizin ölkəmizə rəhbərliyiniz dövründə Azərbaycan yeni-yeni nailiyyətlərə imza atıb. Ölkəmizdə güclü ordu formalaşdırılıb, Azərbaycan Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilib. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramları uğurla həyata keçirilib və növbəti proqram çərçivəsində işlər davam etdiriləcək.

Cənab Prezident, içməli su və kanalizasiya sisteminin yenidən qurulması, ucqar dağ kəndləri də daxil olmaqla bir sıra yaşayış məntəqələrinin qazlaşdırılması, şəhər və rayonlarda yeni orta məktəb binalarının və uşaq bağçalarının tikintisi, əsaslı təmir olunması, kənd yollarının yenidən qurulması Sizin xalqımıza olan diqqət və qayğınızın bariz nümunələridir. Azərbaycan milli brendi kimi dünyada tanınan “ASAN xidmət” mərkəzləri məmur-vətəndaş münasibətlərində mövcud olmuş bir çox mənfi halları aradan qaldırıb, vətəndaşlara xidmətin ən sivil nümunəsinə çevrilib.

Hörmətli cənab Prezident, bütün bu uğurların, nailiyyətlərin arxasında Sizin uzaqgörən, müdrik siyasətiniz dayanır. Bir Azərbaycan gənci olaraq hər zaman Sizi dəstəkləyirəm.

Hörmətlə,

Şıxməmmədov İlkin Məzahir oğlu.

Azərbaycan Respublikası, Ağdaş rayonu.