07 noyabr 2018, 17:00

Yüksəl Məmmədovdan, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident.

Ulu öndər Heydər Əliyev deyirdi ki, heç bir fəaliyyət ölkəni dünyada idman qədər tanıda bilməz. Bu dahi fikri rəhbər tutaraq Siz qısa müddətdə Azərbaycanı əsl idman ölkəsinə çevirdiniz. Bu məqsədə çatmaq üçün Sizin rəhbərliyinizlə bütün regionlarda Olimpiya mərkəzləri, müasir idman infrastrukturları yaradılır, idmançılara diqqət və qayğı gündən-günə artırılır.

Sizin Sərəncamınızla Gəncə şəhərində müasir standartlara uyğun İdman Sarayının tikintisi ölkədə gənc nəslin fiziki sağlamlığına yüksək diqqətin göstərilməsinin bariz nümunəsidir.

Bütün bunlara görə Gəncə gəncləri adından Sizə minnətdarlığımı bildirirəm. Əminliklə deyirəm ki, Sizin ətrafınızda bundan sonra da sıx birləşəcəyik.

Dərin hörmətlə,

Məmmədov Yüksəl Qoşqar oğlu.

Azərbaycan Respublikası, Gəncə şəhəri.