07 noyabr 2018, 16:50

Orxan Əhmədovdan, Gəncə, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin göstərişinizlə paytaxt Bakı ilə yanaşı, regionlarda da müasir Olimpiya İdman kompleksləri və digər idman qurğularının inşası respublikamızın hər yerində beynəlxalq tədbirlərin keçirilməsinə şərait yaradır. Ölkəmizin bütün bölgələrində tikilib istifadəyə verilən müasir idman qurğuları gənclərin idman sahəsində mühüm uğurlar əldə etməsi, onların sağlam yetişmələri baxımından böyük əhəmiyyət daşıyır.

Sizin Sərəncamınızla Gəncə şəhərində müasir standartlara cavab verən İdman Sarayının inşa edilməsi bölgələrdə yaşayan idmançıların beynəlxalq yarışlarda uğurlar qazanmasına, idmanla məşğul olanların sayının çoxalmasına şərait yaradacaq.

Biz gənclərə göstərdiyiniz bütün bu diqqət və qayğıya görə Sizə təşəkkürümüzü bildiririk.

Dərin hörmətlə,

Əhmədov Orxan Bəxtiyar oğlu.

Azərbaycan Respublikası, Gəncə şəhəri.