18 oktyabr 2018, 18:45

Nargilə Qənbərova və başqalarından, Lənkəran, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin ölkəmizə rəhbərlik etdiyiniz dövrdə xalçaçılıqla bağlı çox mühüm tədbirlər görülüb. Bu sahəyə verdiyiniz önəmin nəticəsidir ki, Prezident seçilməyinizin 15-ci ildönümündə açılışını etdiyiniz obyektlərdən biri də məhz xalça fabrikidir. Ölkəmizin tarixində mühüm rol oynayan bu əlamətdar gündə Lənkərana səfər etməyiniz bizim hədsiz sevincimizə səbəb oldu.

Ulu Öndərimizin layiqli davamçısı kimi Sizin bu sahədə gördüyünüz işlər müasir tariximizə qızıl hərflərlə yazılır. Siz xalçaçılığı inkişaf etdirməklə həm milli dəyərlərimizi, xalq sənətkarlığını yaşadır, həm də ölkəmizdə qadınlar üçün minlərlə iş yeri yaradırsınız.

Əziz Prezidentimiz, Sizin böyük qayğınızla yaradılan xalça fabriklərində toxunan xalçalar artıq Azərbaycan brendi kimi dünyaya ixrac olunur. Yaxın vaxtlarda bu məhsulların sırasına Lənkəranda toxunan xalçalar da qoşulacaq. Siz Lənkəranda bu fabriki yaratmaqla bölgənin tarixi xalçaçılıq ənənələrini özünə qaytardınız.

Bizə göstərdiyiniz yüksək diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildirir, bu sənətin yaşadılması və daha da inkişaf etdirilməsi üçün qarşımıza qoyduğunuz vəzifələri uğurla yerinə yetirəcəyimizə söz veririk.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Lənkəran filialının kollektivi adından dərin hörmətlə,

Qənbərova Nargilə Əliağa qızı

Əliyev Validə Abutalıb qızı

Cəbrayılova Sevda Hümmət qızı.

Azərbaycan Respublikası, Lənkəran şəhəri.