17 oktyabr 2018, 19:10

Seyran İsmayılovdan, Lerik, Azərbaycan

Çox hörmətli cənab Prezident.

Əsası 1993-cü ildə Heydər Əliyev tərəfindən qoyulmuş dinamik sosial-iqtisadi inkişaf siyasəti özünü bariz şəkildə göstərməkdədir. Ulu Öndərin uğurlu siyasi kursu, ölkəmizin dinamik inkişafı bu gün Sizin rəhbərliyinizlə uğurla davam etdirilir. Bütün sahələrdə müşahidə edilən uğurlu inkişafla yanaşı, son illər regionların sosial-iqtisadi inkişafı ilə bağlı verdiyiniz çoxsaylı sərəncamlar da xalqımız tərəfindən sevinclə qarşılanır.

Cənab Prezident, Sizin sərəncamlarınızla ayrılmış vəsait hesabına inşa olunan Noda-Şingədulan-Xanagah, Piran-Hamarat-Vijaker yolları, əsaslı təmir edilmiş Lənkəran-Lerik yolu regionlara göstərdiyiniz qayğının bariz nümunələridir. Lənkəran-Lerik yolunun yenidən qurulması ilə bağlı verdiyiniz Sərəncam bir daha sübut etdi ki, Siz hər bir Azərbaycan vətəndaşının Prezidentisiniz. Lerik sakinləri bir daha əmin oldular ki, bu il keçirilmiş prezident seçkilərində bir nəfər kimi Sizə səs verməkdə yanılmayıblar.

Cənab Prezident, əmin olun ki, Lerik əhalisi daim Sizinlədir, Sizin uğurlu daxili və xarici siyasətiniz dəstəkləyir. Sizə uzun ömür, möhkəm cansağlığı, müasir müstəqil Azərbaycanın daha da inkişafı istiqamətində fəaliyyətinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

İsmayılov Seyran Maarif oğlu.

Azərbaycan Respublikası, Lerik rayonu, Cayrud kəndi.