17 oktyabr 2018, 19:00

İlqar Tağıyevdən, Lənkəran, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin Lənkərana hər gəlişiniz bizim üçün əsl toy-bayrama çevrilir. Oktyabrın 15-də yenidən Lənkəranda olmağınız, sosial-iqtisadi əhəmiyyətə malik obyektlərin açılışında iştirak etməyiniz bunun daha bir parlaq təzahürünə çevrildi.

Budəfəki gəlişiniz rayonun Şıxəkəran kəndinin bütün sakinləri üçün ikiqat bayram oldu. Uzun illərdir həsrətini çəkdiyimiz yeni məktəb binasının tikintisi üçün vəsait ayrılması barədə Sərəncamınız kəndimizin uşaqdan böyüyədək bütün sakinlərini ikiqat sevindirdi.

Cənab Prezident, buna görə sakinlər adından Sizə dərin minnətdarlığımızı və təşəkkürümüzü bildirir, möhkəm cansağlığı, müstəqil Azərbaycanımızın daha da inkişafı naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

Hörmətlə,

Tağıyev İlqar Səyad oğlu.

Azərbaycan Respublikası, Lənkəran rayonu, Şıxəkəran kəndi.