16 oktyabr 2018, 19:05

Rafiq Axundovdan, Şəki, Azərbaycan

Möhtərəm cənab Prezident.

Şəki rayonunda bir neçə yaşayış məntəqəsini birləşdirən R56 avtomobil yolunun təmiri və yenidən qurulması ilə əlaqədar bizə göstərdiyiniz köməyə görə şəxsən öz adımdan və yaşadığımız Turan qəsəbəsinin sakinləri adından Sizə təşəkkür etmək istəyirəm.

Bu yaşayış məntəqələrinin sakinləri indiyə qədər çox çətinlik çəkirdilər. Lakin artıq bütün çətinliklər geridə qalıb. Yeni yolda hərəkət etmək olduqca rahat və vaxta qənaət baxımından münasibdir. Buna görə çox sevinirik. Hazırda bu işlər davam edir.

Cənab Prezident, bu yolun tikintisi və yenidən qurulması üçün vəsait ayırdığınıza görə çox sağ olun. Allah Sizə və ailənizin üzvlərinə möhkəm cansağlığı versin. Sizə bir daha təşəkkür edir, möhkəm cansağlığı, uğurlar diləyir və həmişə bizim gözəl Azərbaycanımıza rəhbərlik etməyinizi arzulayıram.

Hörmətlə,

Axundov Rafiq Şövkət oğlu.

Azərbaycan Respublikası, Şəki rayonu, Turan qəsəbəsi.