16 oktyabr 2018, 18:45

Osman Xəlilovdan, Yevlax, Azərbaycan

Hörmətli cənab Prezident.

Azərbaycanın güclü, qüdrətli dövlətə çevrilməsi bir vətəndaş, bir Azərbaycan gənci olaraq məni çox sevindirir. Mavi səmada dalğalanan üçrəngli bayrağımızı gördükdə hər bir azərbaycanlı kimi, mən də ulu öndər Heydər Əliyevi dərin hörmət və məhəbbət hissi ilə anıram. Eyni zamanda, qeyd etmək istəyirəm ki, şəhər və rayonlarda, kənd və qəsəbələrdə səliqə-sahmanın yaradılması, insanları narahat edən məsələlərin həlli çox sevindiricidir.

Cənab Prezident, bir daha Sizə dərin təşəkkürümüzü bildirir, dövlətçiliyimizin daha da möhkəmlənməsi naminə yorulmaz fəaliyyətinizdə uzun ömür, möhkəm cansağlığı, daha da böyük nailiyyətlər arzulayıram.

Hörmətlə,

Xəlilov Osman Əsəd oğlu.

Azərbaycan Respublikası, Yevlax şəhəri.