16 oktyabr 2018, 18:35

Nisə Hacıyevadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Oktyabrın 15-də Sizin prezidentlik fəaliyyətinizin 15 ili tamam olur. Bu illər ərzində Siz ümummilli lider Heydər Əliyevin uğurlu siyasətini layiqincə, hər zaman xalqın yanında olaraq davam etdirmisiniz. Sizin prezidentliyiniz dövründə ölkəmiz bir çox uğurlara imza atmış, bir çox mötəbər tədbirlərə, idman oyunlarına ev sahibliyi etmişdir. Siz ölkəmizin adının hər zaman öndə olması, bayrağımızın hər zaman ucalarda dalğalanması üçün bir çox işlər görmüsünüz.

Möhtərəm cənab Prezident, Sizə uzun ömür, möhkəm cansağlığı, işlərinizdə uğurlar arzu edirəm. Azərbaycan xalqı hər zaman Sizinlədir.


Hörmətlə,

Hacıyeva Nisə Vahid qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu.