15 oktyabr 2018, 17:20

Dərya Əhmədovadan, Zərdab, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin bu ilin əvvəlində bölgələrimizin kəndlərinə təbii qaz çəkilişi barədə imzaladığınız sərəncam müvəffəqiyyətlə icra olunur. Bu il oktyabrın 10-da Zərdab rayonunun Nəzəralı və Şıxbağı kəndlərində təbii qazın verilməsi münasibətlə tədbir keçirildi və hazırda “mavi yanacaq”dan istifadə edirik.

Bu ilin əvvəlində kəndlərimizdə modul tipli sutəmizləyici qurğu da istifadəyə verilib. Mart ayında isə Nəzəralı kəndində modul tipli ibtidai məktəb binasının tikintisi ilə bağlı sərəncam imzalamısınız.

Bütün bu diqqət və qayğınıza görə cənab Prezident, Sizə öz adımdan, Nəzəralı və Şıxbağı kəndlərinin sakinləri adından dərin təşəkkürümüzü və sonsuz minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Əhmədova Dərya Hidayət qızı

Azərbaycan Respublikası, Zərdab rayonu