21 sentyabr 2018, 18:45

Tamazi Canaşvili və Nikala Aslamazaşvilidən, Qax, Azərbaycan

Möhtərəm cənab Prezident.

Müstəqil Azərbaycanımızda hər bir sahədə sürətli inkişaf gedir. Bu inkişafda bölgələrdə aparılan abadlıq-quruculuq işləri böyük yer tutur.

Son illərdə Sizin tapşırığınızla rayonumuzda yol infrastrukturunun inkişafına böyük diqqət göstərilir. İngiloy Kötüklü kəndinin və Qax-Qıpşaq-Ağyazlı yolları tikildikdən sonra rayon mərkəzinə gediş-gəlişimiz xeyli asanlaşıb. Bu, Sizin respublikamızda yaşayan azsaylı xalqlara göstərdiyiniz diqqət və qayğınızın nəticəsidir.

Bu qayğıya görə kənd əhalisi Sizə minnətdarlığını bildirir, möhkəm cansağlığı, gələcək fəaliyyətinizdə uğurlar arzulayır.

Hörmətlə,

Canaşvili Tamazi Sosoyeviç

Aslamazaşvili Nikala Valodiyaeviç.

Azərbaycan Respublikası, Qax rayonu, İngiloy Kötüklü kəndi.