20 sentyabr 2018, 18:30

Samir Əsədovdan, Ağdam, Azərbaycan

Hörmətli cənab Prezident.

Hər bir azərbaycanlı kimi, mən də bugünkü inkişafımızla, beynəlxalq aləmdə artan nüfuzumuzla, gündən-günə qüdrətlənən ordumuzla qürur duyur, azərbaycanlı olduğum üçün fəxr edirəm. Bütün bunlar Sizin uğurlu siyasətinizin bəhrələridir. Siz hər zaman hər bir Azərbaycan vətəndaşının yanında olmusunuz. Siz "Mən hər bir azərbaycanlının Prezidentiyəm", "Xalqın birinci xidmətçisi mən özüməm" sözlərinizin səmimiyyətini öz siyasətinizlə, gördüyünüz işlərinizlə təsdiqləmisiniz, ölkəmizdə, sözün əsl mənasında, xalq-iqtidar birliyi yaratmısınız. Sevindirici haldır ki, artıq bir çox məmurlar Sizdən örnək götürür. Əlbəttə, məmurlar xalqa yaxın olduqca, onların problemləri ilə maraqlandıqca, Sizin siyasətinizi yerlərdə uğurla yerinə yetirdikcə ölkəmiz daha da güclənəcək.

Əziz Prezidentimiz, biz təmas xəttinə yaxın ərazilərdə yaşayan insanlar Sizdən çox razıyıq. Sizə və Ordumuza arxalanaraq cəbhə bölgəsində yaşayıb-yaradır, ölkəmizin inkişafına töhfəmizi verməyə çalışırıq. Sizə hər zaman uğurlar arzulayırıq.


Hörmətlə,

Əsədov Samir Səyyaf oğlu.

Azərbaycan Respublikası, Ağdam rayonu, Quzanlı qəsəbəsi.