20 sentyabr 2018, 18:00

Mövsüm Məmmədovdan, Tərtər, Azərbaycan

Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Oğlunuz Heydər Əliyevin hərbi xidmət keçməsi, Sizin və ailə üzvlərinizin onun andiçmə mərasimində iştirakınız ölkəmizdə hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi baxımından çox böyük önəm daşıyır. Oğlunuzun hərbi xidmətdə olması cəmiyyətimizdə müsbət ab-hava yaradıb və Azərbaycan gəncliyi üçün bir örnəkdir. Bu, dövlət-vətəndaş münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcək.

Sizin hər bir addımınız cəmiyyətimiz tərəfindən təqdir olunur və hər birimiz üçün nümunəyə çevrilir.

Zati-aliləri, Ulu Tanrı Sizi və ailənizi qorusun. Azərbaycan Respublikasının müstəqilliyinin və dövlətçilik ideallarının daha da möhkəmləndirilməsi naminə şərəfli və məsuliyyətli fəaliyyətinizdə Sizə möhkəm cansağlığı, uğurlar arzu edirəm.

Dərin hörmətlə

Məmmədov Mövsüm Şahin oğlu, Azərbaycanın Milli Qəhrəmanı.

    Azərbaycan Respublikası, Tərtər rayonu.