20 sentyabr 2018, 17:30

Vələt Həsənovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Bakı şəhəri, Nizami rayonu 227 nömrəli tam orta məktəbində təhsil alan nəvələrim Ulduz və Yusif eşidəndə ki, İlham babaları onların oxuduqları təhsil ocağına gələcək çox sevindilər. Nəvələrim məndən xahiş etdilər ki, Sizə məktub yazaraq minnətdarlıqlarını bildirim.

Cənab Prezidenti, Sizə həyatda ən şirin nemət olan cansağlığı arzu edirik. Nəvələrim söz veriblər ki, məktəbdə əla qiymətlərlə oxuyacaq və onlara yaradılan şəraitə görə hər zaman Sizə minnətdar olacaqlar.

Möhtərəm Prezidentimiz, ailəmiz adından Sizə və ailənizə uzun ömür, möhkəm cansağlığı arzu edirik.

Hörmətlə,

Həsənov Vələt.

Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi.