19 sentyabr 2018, 19:30

Emin Carçıyevdən, Abşeron, Azərbaycan

Hörmətli cənab Prezident.

Azərbaycanın güclü, qüdrətli dövlətə çevrilməsi bir vətəndaş, bir Azərbaycan gənci olaraq məni çox sevindirir. Mavi səmada dalğalanan üçrəngli bayrağımızı gördükdə hər bir azərbaycanlı kimi, mən də ulu öndər Heydər Əliyevi dərin hörmət və məhəbbət hissi ilə anıram.

Cənab Prezident, Siz ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, xalqımızın, gəncliyimizin dayağı, güvən yerisiniz. Azərbaycan xalqı və Azərbaycan gəncliyi həmişə Sizinlədir. Biz hər zaman Sizi dəstəkləyirik və hər an əmrinizdəyik. Bu gün Azərbaycanın dünya miqyasında öz sözünü deməyə qadir ölkəyə çevrilməsi Sizin zəhmətinizin, uzaqgörən fəaliyyətinizin nəticəsidir.

Cənab Ali Baş Komandan, istər hərbi, istərsə də siyasi və iqtisadi sahələrdə qazanılan qələbələr hər bir Azərbaycan gəncini sevindirir. Bizim birliyimizi, xalqımızın əzmini, dövlətimizin gücünü heç bir qüvvə sarsıda bilməz.

Şəxsən öz adımdan və ailə üzvlərim adından Sizə təşəkkürümü bildirir, möhkəm cansağlığı arzu edirəm. Allah Sizi qorusun.

Dərin hörmətlə

Carçıyev Emin Mehman oğlu.

Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri.