19 sentyabr 2018, 18:05

Nəsib Rəfiyev və Rada Rəhimovadan, Yevlax, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin həyata keçirdiyiniz uğurlu siyasət nəticəsində xalqımızın rifah halı, güzəranı gündən-günə yaxşılaşır, əhalini narahat edən problemlər həll olunur. Yevlax rayonunun Qoyunbinəsi kəndinin öz simasını dəyişərək abad bir yaşayış məntəqəsinə çevrilməsi də bu uğurlu siyasətin, əhalinin həyat səviyyəsinin yüksəldilməsinə göstərdiyiniz diqqətin nəticəsidir.

Əvvəllər kəndimizin yolları yarasız vəziyyətdə idi və insanları ciddi narahat edirdi. Sizin qayğınız sayəsində yollarımız təmir olundu və asfaltlandı. İndi bu yollardan rahatlıqla istifadə edərək işlərimizi daha asanlıqla görürük.

Möhtərəm cənab Prezident, bütün bunlara görə şəxsən öz adımızdan və kəndimizin sakinləri adından Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Allah ulu öndərimiz Heydər Əliyevə qəni-qəni rəhmət eləsin! Tanrı Sizi qorusun!

Hörmətlə,

Rəfiyev Nəsib Kamal oğlu

Rəhimova Rada Əlif qızı.

Azərbaycan Respublikası, Yevlax rayonu, Qoyunbinəsi kəndi.