19 sentyabr 2018, 18:20

Mirbağır Babayevdən, Lerik, Azərbaycan

Hörmətli cənab Prezident.

Respublikamızın hər bir bölgəsi Sizin uğurlu rəhbərliyiniz sayəsində inkişaf edir, gözəlləşir. Bu inkişaf bizim Lerik rayonundan da yan keçməyib. Lerikdə yeni stansiyasının tikilib istifadəyə verilməsi rayonumuzun elektrik enerjisi ilə təchizatının yaxşılaşmasına, insanların əsas problemlərindən birinin aradan qalxmasına mühüm töhfə oldu.

Lerik-Lənkəran magistralının və Piran-Hamarat-Vıjaker kəndlərarası avtomobil yolunun tikintisi üçün ötən ay imzaladığınız sərəncamlarınızı alqışlayır və bunu aparılan quruculuq işlərinin davamı kimi qiymətləndiririk. Bununla yanaşı, təhsilə göstərilən qayğı da bizi sevindirir. Sizin Sərəncamınızla Lerikin ən ucqar kəndi olan Vovda 80 şagird yerlik modul tipli məktəb quraşdırılır.

Möhtərəm cənab Prezident, bütün bunlara görə kənd ağsaqqalları və ziyalıları adından Sizə və ailə üzvlərinizə minnətdarlığımızı bildirir, işlərinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Babayev Mirbağır.

Azərbaycan Respublikası, Lerik rayonu, Vov kəndi.